Gilbert Nyuton Lyuis

Gilbert Nyuton Lyuis (ing. Gilbert Newton Lewis ; 23 oktyabr 1875[…], Ueymut[d], Massaçusets – 23 mart 1946[…], Berkli Kaliforniya Universiteti, Kaliforniya) — Amerika fiziki kimyaçısı . Kimyəvi termodinamika, fotokimya, izotoplar kimyası, nüvə fizikası sahəsində əsas elmi əsərlərin müəllifidir. Termodinamikanın üçüncü qanununun yeni formulunu təklif etdi. 1912-1916-cı illərdə o, kimyəvi rabitələrin elektron nəzəriyyəsini irəli sürdü və inkişaf etdirdi, ilk dəfə olaraq ion və homeopolyar (kovalent) rabitələri izah etdi və kimyəvi reaksiyaların sərbəst enerjilərinin hesablanması üsullarını işləyib hazırladı. 1926-cı ildə o, şüalanmanın ən kiçik vahidini ifadə etmək üçün foton termini elmə daxil etdi.


Developed by StudentB